?Hərbi Jurnalistlər" ictimai Birliyi dəyirmi masa keçirəcək
?Hərbi Jurnalistlər" İctimai Birliyi ?Jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarını artırılması" adlı layihəyə başlayıb. Xatırladaq ki, layihənin təqdimat mərasimi sentyabrın 3-də keçirilib.
?Hərbi Jurnalistlər? İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Modern.az-a verdiyi məlumata görə, 6 ay davam edəcək layihə Açıq Cəmiyyət İnstitutu ? Yardım Fondu tərəfindən maliyyələşdirilir. Növbəti tədbir - "Təhlükəsizlik və Müdafiə sektorunda gedən proseslərin KİV-də işıqlandırılması yolları? adlı dəyirmi masa sentyabrın 24-də, saat 12.00-də Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində (Bəsti Bağırova 14. Statistika komitəsindən aşağıda) keçiriləcək.
Bütün media əməkdaşları dəvətlidir. Telefonlar: ofis: 436 87 23iş, mob: (050) 355-34-70.
Layihənin informasiya sahəsində tərəfdaşı ?MilAz? İnformasiya Agentliyi və www.milaz.info saytıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04