Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Mia.az xəbər verir ki, "Şaxtyor" İtaliyanın "Roma" komandasını qəbul eidb.
41-ci dəqiqədə "Roma"da forma geyən Türkiyə milli komandasının 20 yaşlı oyunçusu Çengiz Ünder hesabı açsa da, ikinci hissədə ukraynalılar 2 qol vuraraq, qələbə qazanıblar - 2-1.
Gecənin digər oyunu isə "Sevilya" ilı "Mançester Yunayted" arasında baş tutub. Oyunda qol vurulmayıb - 0:0