AFFA Avstriya ? Azərbaycan oyunu üçün ayrılan 350 bileti pulsuz bilet paylayır
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriyanın Vyana şəhərindəki ?Ernst Happel? stadionunda keçiriləcək Avstriya-Azərbaycan oyununda 350 azarkeşimiz iştirak edə bilər. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, AFFA millimizə dəstək olmaq istəyən azarkeşlərə biletləri pulsuz paylayacaq. AFFA tərəfindən alınan biletləri əldə etmək istəyən şəxslər Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Vüqar İmaməliyev - səfirliyin humanitar məsələlər üzrə müşaviri,
Əlaqə telefonu: + 431 403 13 22, Mob: + 43 676 844 509 210, Faks: + 431 403 13 23, E-mail: v_imamaliyev@azembassy.at.
Qeyd edək ki, milli komandamıza dəstək olmaq üçün AFFA Avstriyadan bilet almaq istəyən soydaşlarımızdan xahiş edir ki, biletləri azarkeşlərimiz üçün nəzərdə tutulan A sektoruna alsınlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11