"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır".
Mia.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov deyib.
Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.
Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.