Bu gün parlamentdə keçirilən iclasda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.
Mia.az xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Bildirilib ki, ölkədə hərbi vətənpərvərlik son dərəcə önəmli məsələdir və bu baxımdan belə medalın təsis olunması vacibdir.
Qanun layihəsi səs qoyularaq qəbul edilib.