"Ölkə.Az" xəbər verir ki, bu barədə fövqəladə hallar idarəsindən məlumat verilib.
Radarların məlumatına əsasən, sərnişin təyyarəsi qəzaya uğramadan əvvəl qəflətən yüksəklik itirib. 1800 metr hündürlüyə qalxan təyyarə 600 km/saat sürətlə uçurmuş. Sonradan qəflətən 1500 metrə qədər enib. Pilot təyyarəni əvvəlki hündürlüyə qaldırsa da, sonradan layner qəzaya uğrayıb.
Qeyd edək ki, təyyarədə 71 nəfər olub. Onlardan xilas edilən olmayıb.