1 – 3 fevral da Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər Imanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Səfəri Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu-nun dəvəti ilə həyata keçirilib. Səfərdə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində müəllim tələbə mübadiləsi birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulmuşdur.
Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet
modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulmuşdur.
Səfər zamanı
nümayəmdə heyyəti BPU elmi
tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.
Daha sonra boloniya prosesinə uyğun tədris prosesinin
təşkili universitetdə aparılan işlərlə maraqlanılıb və fakultələrdə birgə fikir mübadiləsi
aparılmışdır. Bu səfərin mahiyyəti Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin dəvəti ilə ölkəmizdə geniş tərkibdə olan Rumıniya nümayəndə
heyyəti arasında razılaşdırılmış əməkdaşlığın tərkib hissəsidir.
Səfər zamanı BMU nümayəndə heyyəti Heydər Əliyev
parkını ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymusdur.