Jaba ?Qalatasaray?, Vaqif Cavadov isə ?Fənərbaxça?da
Dünən "İdman Azərbaycan" kanalı hazırladığı yeni veriliş üçün azarkeş, müğənni və futbolçulara Türkiyə klublarının formasını geyindirib. "Bakı" klubundan ANS PRESS-ə verilən məlumata görə, "Qalatasaray" formasını "UltrAslan-Azərbaycan" dərnəyinin başqanı Ceyhun Əzizli, "Bakı"nın braziliyalı futbolçusu Jaba və meyxana ustası Vüqar geyinib. "Fənərbaxça" tərəfdə isə "Bakı"nın oyunçusu Vaqif Cavadov, müğənni Rüfət Mehdiyev və bir "Fənərbaxça"lı azarkeş çıxış edib.
"Qalatasaray" və "Fənərbaxça" Tofiq Bəhramov adına Respublika stadionunda penaltilərlə sınağa çəkib. Şou məqsədi daşıyan verilişin qalibi isə Vaqif Cavadovun formasını geyindiyi "Fənərbaxça" olub.
Xatırladaq ki, əyləncəli proqramın yaxın günlərdə efirə verilməsi planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11