Tovuz sakini özünü öldürmək istəyib.

Məlumata görə, rayonun Əyyublu kənd sakini, 1984-cu il təvəllüdlü Zabit Əliyev satdığı heyvanın pulunu ala bilmədiyi üçün qarşı tərəfə hədə-qorxu gəlmək məqsədi ilə benzin içərək intihara cəhd edib.

O, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Z.Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report