Ödənizli təzviqat aparmaq istəyən KiV-lərin qeydiyyatı bazlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) ödənişli təşviqat aparmaq istəyən KİV-lərin müraciətlərini qəbul etməyə başlayıb. Bu barədə MİA-ya açıqlama verən MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, seşkilərdə ödənişli təşviqat aparmaq istəyən KİV-lər mütləq MSK-ya müraciət edib qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların təşviqatı qeyri-qanuni sayılacaq.
A.Sarıyev sözlərinə görə, ödənişli təşviqatın aparılması ilə bağlı artıq MSK-ya müraciət edən bir neçə KİV-lər var. MSK sözçüsü onu da vurğulayıb ki, seçkilərdə ödənişli təşviqatında iştirak etmək istəyən KİV-lər oktyabrın 7-nə qədər sənədlərini MSK-ya təqdim etməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04