Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib. Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "Shacman” markalı yük maşınının altında qalıb. Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.