Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Mia.az BakuPost-a istinadən xəbər verir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.