"Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.
Bu sözləri Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.
Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası keçiriləcək.