Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

 Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. 

İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.
 
Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.