Müdafiə Nazirliyi Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.

Mia.az-ın Müdafiə nazirliyinin saytına istinadən xəbərinə görə, müraciətdə deyilir:

"Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Azərbaycan Ordusu haqqında rəsmi məlumatlar yayarkən Müdafiə Nazirliyi binasının təqdim olunan yeni görüntülərini əks etdirən foto və videomateriallardan, eləcə də ön xətdən çəkilən videokadrlardan istifadə etsinlər".