Yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Mia.az-a bildirlib ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki "Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.