İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 26-da Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaş qəbulu saat 10:00-dan etibarən Yeni Azərbaycan Partiyasının Ucar şəhəri, Heydər Əliyev prospekti, 151 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (022) 337-82-81, (055) 206-88-52 nömrəsi vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.