Təhsil sistemində bəzi boş qalan vəzifələr var ki, onlar öz təyinatını gözləyir.
Bu barədə məlumatı mia.az-a təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, Təhsil naziri, onun müavini və müşaviri, rektorlar, eləcə də digər vəzifələr hələ də vakantdır.
Hazırda sahibini gözləyən vəzifələr bunlardır:
1. Təhsil naziri
2. Təhsil nazirinin müavini
3.Təhsil nazirinin müşaviri
4.Təhsil Nazirliyinin aparat rəhbəri
5.Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri
6.Lənkəran Dövlət Universitetinin rektoru
7. Azərbaycan Texniki Universitetinin rektoru
8. Ali Attestasiya Komissiyasının sədri
9. Təhsil İnstitutunun direktoru
10.Təhsil nazirliyində bir neçə məktəb direktoru vəzifələri
11. Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının rəisi.