Bu gün Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Komitə sədri paket sitemi ilə bağlı ittihamlara cavab verib. A.Əliyev bildirib ki, gömrük xidmətində işçilərə konvert paylanılmır:
"Mən bunu sadəcə təkzib etmirəm, məntiqlə izah edirəm. Çünki biz özümüz 17 nəfəri istintaqa təqdim etmişik. O adamlar orada deməz ki, bunlar elə özləri bizə paket verirdilər? Bu məntiq bizdə paket olmadığını aydın edir".