Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Mia.az xəbər verir ki, bu gün "Qalatasaray" 3-0-lıq qələbənin revanşında səfərdə "Bucaspor"la qarşılaşıb.
Oyun Fateh Terimin yetirmələrinin qələbəsi ilə başa çatıb. Cavab görüşü də 0-3 hesabı ilə bitib.
Qolları Qomis (33), Yasin (44) və Fequli (53) vurublar. Bununla da "Qalatasaray" növbəti mərhələyə yüksəlib.
Mia.az