Şəmkir rayonunda məcburi köçkün güllələnib.
Hadisə rayonun "Təzə Məhəllə" yaşayış massivində baş verib.
Belə ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Mircalal Əziz oğlu Mehdiyev şəxsi münaqişə zəminində hələlik adı məlum omayan şəxs tərəfindən ov tüfəngi ilə vurulub. M.Mehdiyev bud nahiyəsindən iki güllə yarası alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb/Report.