"Barselona"da çıxış edən Arda Turan Türkiyədə top qovacaq.

Mia.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Əhməd Bulud açıqlama verib.

O, artıq "İstanbul Başakşəhər" klubunun Arda ilə anlaşdığını deyib: "İndi söz "Barselona"dadır. Əgər ispan klubu transferə icazə verərsə, 2-3 gün içində imzalar atılacaq".

Onu da qeyd edək ki, "Başakşəhər" hazırda Türkiyə superliqasında liderdir.

Mia.az