"Səbail”in qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyəşləşib.
Mia.az-nın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Premyer Liqamızın debütantı birinci divizion təmsilçisi "Sabah”la qarşılaşacaq.
Oyun yanvarın 11-də, saat 17:00-da "Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki, Samir Əliyevin komandası MOİK və "Sumqayıt”la da yoxlama oyunu keçirəcək.