Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Elnur Həsənov terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda ittiham olunur.
E. Həsənov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək E. Həsənov Mingəçevir şəhərində doğulub/apa.