?Oyun heç xoşuma gəlmədi. Heyətdə problem var idi. Orta xətdə futbolçular yaradıcı ola bilmirdilər. Ümumiyyətlə Berti Foqts heyəti düzgün qurmamışdı. Məsələn Elnur Allahverdiyev müdafiəçi deyil, Aleksandr Çertoqanov müdafiəyə meylli orta xətt deyil, Samir Abbasov da həmçinin. Mən fikirləşirəm ki, heç olmasa üçündən biri yaradıcılıq göstərib oyun qurmağı və yaxşı pas verməyi bacarmalı idi?. Bu sozləri ?Qafqazinfo?ya açıqlamasında millinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis alman çalışdırıcı Berti Foqtsun milli komandada qalıb-qalmayacağı haqda fikirlərini bildirib? Berti Foqtsun müqaviləsi var. Buna görə bu haqda heç fikirləşməyə dəyməz. Eşitdiyimə görə yenidən yığmaya təlim-məşq toplanışı keçəcək və komandada olan zəif nöqtələri aradan qaldırmağa çalışacaq. Ümid edirəm ki, növbəti oyunlarda millimiz daha uğurlu çıxışı ilə yadda qalacaq?. Xatırladaq ki, dünən milli komandamız Kölndə Almaniyaya 6:1 hesabı ilə məğlub olub.