Bu gün Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılıb.

Azərbaycan Prezidentinin təqdimatına əsasən, Milli Məclis qərara alıb ki, 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin. Bu təyinat ömürlük olub.

Bu qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.