Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb.
Hadisə "Qafqaz Sport Hotel”də qeydə alınıb. Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
"Report”