Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.

Mia.az "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır. Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

*** 

Şeyxin qızı Vəfa Paşazadə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. O hazırda Nutrisiologiya və Dietologiya Akademiyasının üzvü, Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Təhsil:

- 2006-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.

- 2006-2007-ci illərdə 5 saylı Xəstəxananın ikinci Cərrahiyyə şöbəsində "Cərrahiyyə" ixtisası üzrə internatura keçmiş cərrah ixtisasına yiyələnmişdir.

İştirak etdiyi kurslar, konfranslar və s.:

- 2014-2015-ci illər - "Bariatric dietologiya" üzrə ixtsasartırma kursu, Türkiyə, İstanbul.

- 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Koqnitiv psixoterapiya" kursu ( 75 akademik saat).

- 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Pozitiv psixoterapiya" kursu (75 akademik saat).

- 2016-cı ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Ümumi cərrahiyyə" ixtisası üzrə təkmilləşmə kursu.

- 2016-cı ildə SSTM özəl təlim mərkəzində "Nutrisiologiya və dietologiyanın əsasları" kursu (45 akademik saat).

- 2016-cı ildə SSTM özəl təlim mərkəzində "Kliniki dietologiya" kursu (45 akademik saat).

- 2017- ci ildə SSTM özəl təlim mərkəzində "Koucingin əsasları" kursu ( 26 akademik saat)

- 12 Avropa gidalanma üzrə konfrans, Berlin, Almaniya, 20-23.10.2015.

- Ernährung 2016/ GIDALANMA 2016 / Dresden, Almaniya, 09.06. - 11.06.2016.

- Livestock Nutrition, 2015, 11.-12. Avgust , Frankfurt.

- 7. Ulusal obezite kongresi, İstanbul, Türkiye, 8-10 Dekabr, 2016.

- Azərbaycan Tibb Universiteti "Təbabətin aktual problemləri-2017” elmi-praktik konfrans .

- ATU, 3-cü Beynəlxalq bariatrik və metabolik konqress, 7 aprel 2017.

Elmi fəaliyyət:

- 2012-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlikər kafedrasının dissertantı kimi "Kəskin Xolesistitdə Laparoskopik xolesistektomiya (imkanları, üstünlükləri, çətinlikləri) mövzusu üzərində işləyərək 2017-ci ildə tibb elmləri üzrə fəlsəfə dokroru elmi dərəcəsi almaq üçün eyni mövzuda dissertasiya müdafiə etmişdir.

- 2017-ci ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Emosional qidalanma" mövzusunda təlim vermişdir.

- Çoxsaylı tibbi məqalələrinin və tezislərin müəllifidir.

Çalışdığı tibb müəssisələri:

- 2006-2011-ci illərdə Bakı şəhəri 5 saylı klinikada ümuni cərrah.

- 2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsində cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis.

İxtisaslaşdığı tibbi sahə:

- Metabolik piylənmə

- Bariatric əməliyyat öncəsi və sonrası xəstələrin pəhriz və müalicə proqramının tərtib olunması.

- Köklükdən əziyyət çəkən xəstələrin pozitiv psixoterapiyası.

- Ümumi cərrahi müdaxilələr/unikal.org.