Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat edib.
Report-un məlumatına görə, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M.Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olub. İxtisasca müəllim olan M.Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Daha sonra Bakı şəhər Baş Təhsil İdarəsinə rəisi, 2006-cı ildə yeni yaradılmış Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini təyin edilib və uzun müddət bu vəzifədə çalışıb.
"Qızıl qələm" media mükafatı laureatıdır. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.