DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılır.

Mia.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin imzaladığı Qərarla 24 dekabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində "Velosiped idman klubu" təsis olunub.

"Velosiped idman klubu"nun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.