Futbolçular Rusiya-Azərbaycan sərhədində "ilizdilər"
Rusiyanın ?Anji? klubunun Azərbaycan səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin yığmaların oyunu ilə bağlı yaranan fasilə dövründə ölkəmizə gəlib ?Bakı? ilə yoldaşlıq görüşü keçirmək arzusu reallaşmayıb.
Rusiyalılar artıq sabah Tofiq Bəhramov adına Respublika stadionuna çıxmalı olsa da, bu mümkün olmayacaq. Belə ki, ?Anji? komandası Rusiya və Azərbaycan sərhədində ?ilişib qalıb?. Bəzi futbolçularının sənədləri ilə bağlı problemlə üzləşən mahaçqalalıların bu üzdən səfərlə bağlı planları ləğv olunub(anspress).
Qeyd edək ki, ?Bakı? ? ?Anji? qarşılaşmasının baş tutacağı halda hər iki komanda aparıcı, yığmaların düşərgəsində olan oyunçular olmadan mübarizə aparacaqdı. Azərbaycan milli komandasının ?Anji?də legioner həyatı yaşayan Mahir Şükürov da doğma publika önünə çıxmayacaqdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11