Bu sözləri Azərbaycan 4-cü Gənclərin Film Festivalında Həvəskar qısa hekayə nominasiyası üzrə qalib olan Samir Hüseynov bildirib. Müsahibimiz eyni zamanda onu da qeyd edir ki, ölkədə gənc rejissorların sayı artır və bu sevindirici haldır.
Qeyd edək ki, ölkəmizdə keçirilən Gənclərin Film Festivalının qaliblərindən olan Samir Hüseynov özünün "Happy Death”, Orxan Adigözəlov isə "The Lonely Shepherd” filimləri ilə Azərbaycanı Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 18-ci Beynəlxalq Film Festivalında layiqincə təmsil ediblər. Həmyerlilərimizin filimləri iştirakçılar tərəfindən yüksək qarşılanaraq, bəyənilib.
Qeyd edək ki, S. Hüseynov Sumqayıt şəhərində yaşayır.