Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Müşahidə Şurasına sədr və üzvlər təyin edilib.

Bəzi KİV-lər Müşahidə Şurasının sədri vəzifəsinə təyinat alan Rəhimov Murad Arif oğlunu  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin oğlu kimi təqdim edib.

Arif Rəhimzadə bununla bağlı Modern.az-a açıqlamasında xəbəri təkzib edib. "Təyinat alan həmin şəxs mənim oğlum deyil, media yanlış məlumat yayıb”.