Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin son turunda ötən gecə səfərdə "Roma"nın qonağı olub.
Mia.az xəbər verir ki, "Qarabağ" oyunda uduzub - 1:0.
Qrupdakı digər oyunda isə "Çelsi" öz meydanında "Atletiko"nu qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə tamamlanıb.
Bu nəticələrdən sonra "Çelsi" və Roma" növbəti mərhələyə çıxıb. "Atletiko" isə Avroliqada mübarizə aparacaq. "Qarabağ" isə diqqətini daxii çempionata yönəldəcək.
Mia.az