Pezəkar boksçumuz Əli ismayılov rinqə dönür
Peşəkar boksçumuz Əli İsmayılov rinqdə növbəti döyüşünü keçirməyə hazırlaşır. İdmançımız sentyabrın 25-də Rusiyanın Murmansk şəhərində Asiya Peşəkar Boks Assosiasiyasının kəməri uğrunda döyüş keçirəcək.
Əli İsmayılovun rəqibi macarıstanlı boksçu Jozef Nad olacaq. Boksçumuz məşqçisi Etibar Salehovun başçılığı altında məşqlərini davam etdirir.
Xatırladaq ki, Əli İsmayılov peşəkar rinqdə 17 döyüş keçirərək bunlardan 14-də qalib gəlib. Onun rəqibi Jozef Nad isə rinqdə 22 döyüş keçirərək bunlardan 16-da rəqiblərini məğlub edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11