Türkiyə Super Liqasında "Beşiktaş” evində "Qalatasaray”ı darmadağın edib.
Mia.az xəbər verir ki, "Qara qartal" "Aslan"a Cenk Tosun, Toşiç və Neqredonun qolları ilə 3:0 qalib gəlib.
Bununla "Beşiktaş" "Qalatasaray"la aralarındakı xal fərqini 3-ə endirib.
Qeyd edək ki, "Qalatasaray"ın 29, 3-cü yerdə olan "Beşiktaş"ın 26 xalı var. 1 oyun az keçirən "Başakşəhər"in isə 27 xalı var. Əgər bu gün "Başakşəhər” "Osmanlıspor”u məğub edərsə, lider kürsüsünə oturacaq.
İstanbulun bir digər böyük komandası "Fənərbaxça” da bu gün "Kasımpaşa”nı qəbul edəcək.