?Mənim yetirmələrim almaniyalı futbolçuları özlərindən çıxara bilməyəcəklər. Biz bu oyunda futbol dərsi alacağıq. Mənim komandam bayramın tərkib hissəsi olacaq. Sentyabrın 7-də baş tutacaq oyunda isə sevinən tərəf Almaniya yığması olacaq?. ?Qafqazinfo?nun məlumatına görə, bu sözləri millimizin almaniyalı baş məşqçisi Berti Foqts deyib. Təcrübəli mütəxəssis komandamızda gənc futbolçuların olduğunu deyib və onların təcrübəsinin azlığından da şikayət edib. Berti Foqtsun sözlərinə görə, bir dəfə öz gözü ilə klublarımızdan birinin futbolçularının oyundan sonra hovuzda bərpa olunma prosesinə baxıb və bərpa prosesi məşqçilər tərəfindən düzgün aparılmadığının şahidi olub.