Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şimal-şərq küləyi  əsəcək, havanın temperaturu gecə  3-6° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək.  Nisbi  rütubət  gecə 75-85 %, gündüz 50-55 % olacaq. 
 
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz  3-8° isti olacağı gözlənilir.