Ziraat Türkiyə Kubokunun 5-ci turun ilk oyununda "Beşiktaş" rəqibini darmadağın edib.

Mia.az xəbər verir ki, Şenol Günəşin yetirmələri "Vodafone Park"da Türkiyə 1-ci liqasında çıxış edən "Manisaspor"un daşının üstə daş qoymayıb.

Oyunda hesab  9-0 "Beşiktaş"ın xeyrinə başa çatıb. Oyundakı 9 qoldan 4-nü Neqredo vurub.

Oyundan sonra rəqib komandanın qapıçısı Eynullah rüsvayçı məğlubiyyətə dözəməyərək, hönkür-hönkür ağlayıb.

Mia.az