Azərbaycan Prezidenti İlham Əliyev Sinqapurda keçirilən yeniyetmələrin I Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib: - birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat; - ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat.