Futbol üzrə yığma komandamızın hücumçusu Vaqif Cavadovun karyerasını harada davam etdirəcəyi məlum olub. Hollandiyanın ?Tvente? klubu həmyerlimiz Vaqif Cavadovu ?Bakı? klubuna icarəyə verib. İki klub arasında əldə olunmuş razılığa əsasən futbolçu bir il icarə əsasında ?Bakı?da oynayacaq. Xatırladaq ki, Vaqif Cavadov qış aylarında ?Tvente?yə transfer olunmuşdu. Futbolçumuz hələ ki, ?Tvente?nin heyətində rəsmi oyunlarda debüt etməyib.