Rəzad Sadıqov Türkiyə superliqa klubu ilə müqavilə bağladı
Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov bundan sonra futbolçu karyerasını Türkiyə superliqasında çıxış edən ?Eskişehirspor? klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a Rəşadın artıq keçmiş klubu olan ?Qarabağ?ın direktoru Əmrah Çəlikəl məlumat verib. Ə.Çəlikəl Rəşadın bu gün ?Eskişehirspor?la müqavilə imzaladığını bildirib.
Qeyd edək ki, Rəşadın yeni klubu bu gün, Bakı vaxtı ilə saat 00:00-da öz meydanında ?Qalatasaray?la qarşılaşacaq. Amma millimizin kapitanının bu oyunda meydana çıxmayacağı bildirilir.
Yeri gəlmişkən, iki turdan sonra aktivində 1 xal olan ?Eskişehirspor? hazırda turnir cədvəlində 18 komanda arasında 14-cü pilləni tutur.
Xatırladaq ki, R.Sadıqov müxtəlif vaxtlarda Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarında da çıxış edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11