Bu gün Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ” öz meydanında "Çelsi”ni qəbul edir.
Mia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Bakı vaxtı ilə 21.00-da başlayan oyunda hakim 21-ci dəqiqədə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovu meydandan qovaraq, qapımıza şübhəli penalti təyin edib. Qonaqlar penaltini dəqiq yerinə yetirib - 0:1.
Bu qoldan 15 dəqiqə sonra isə qapımıza daha qol vurulub - 0:2
Oyunun 2-ci hissəsində də iki qo vuran "Çelsi" bununla da 0-4 hesabı ilə qələbə qazanıb.
"Qarabağ" qrupdakı son oyununu səfərdə "Roma"ya qarşı keçirəcək.
Onu da qeyd edək ki, qrupdakı digər oyunda "Atletiko” (İspaniya) "Roma”nı (İtaliya) qəbul edəcək. Bu oyun isə 23.45-də başlayacaq.
Mia.az