Avqustun 28-dən sentyabrın 6-dək Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə ?Azərbaycan-Avropa Velosiped Yürüşü? keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və ?green technology? sahəsinin nümayəndələri və velosipedçilər iştirak edəcək. Yürüş ?ekologiya ili? çərçivəsində baş tutacaq.