Azərbaycanın futbol üzrə milli komandası ilk təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Mia.az xəbər verir ki, bu barədə "Qarabağ” klubunun "Feysbuk" səhifəsində məlumat verilib.
Bildirilib ki, Qurban Qurbanovun rəhbərliyi altında milli komanda yanvarın 25-dən fevralın 2-dək Türkiyənin Antaliya şəhərində məşq edəcək.