Bu gün 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsinin növbəti oyunları çərçivəsində Azərbaycan milli komandası Almaniya yığmasını qəbul edib.

Mia.az xəbər verir ki, Bakıda "Dalğa arena"da baş tutan qarşıaşmada almanlar futbolçularımıza böyük hesabla qalib gəliblər -  0:7.

Qeyd edək ki, buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub. Bununla da futbolçularımız aktivinə 1 xal belə yazdıra bilməyib.

Onu da qeyd edək ki, yığmamızın mübarizə apardığı qrupda İrlandiya 1-ci, Almaniya isə 2-ci pillədə qərarlaşıb.

Mia.az