Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları davam edir. Yarışa 12 idmançı ilə qatılan komandamız bu gün aktivinə daha iki medal yazdırıb. 48 kq-da mübarizə aparan Salman Əlizadə və 57 kq-da döyüşən Elvin İsayev final görüşünə çıxıblar. Salman Əlizadə həlledici mərhələdə irlandiyalı Rayan Barnettə 6:13 hesabı ilə uduzaraq gümüş medal əldə edib. Elvin İsayev də finalda uğursuzluğa düçar olaraq ikinci yerlə kifayətlənib. Xatırladaq ki, bununla da komandamız aktivindəki medalların sayını səkkizə çatdırb. Bunlardan beşi qızıl, üçü isə gümüşdür.