AFFA futbolçuları cəzalandırıb
AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 3-cü turunda baş verən qeyri-etik hərəkətlərinə görə məşqçiləri və futbolçuları cəzalandırıb. ?Qafqazinfo?nun məlumatına görə 21 avqustda ?Xəzər Lənkəran? ? ?İnter? matçının 85-ci dəqiqəsində ?İnter? klubunun baş məşqçisi Kaxaber Tsxadadze rəqib komandanın baş məşqçisini təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub isə 5 min manat cərimə olunub.
Bundan əlavə 22 avqustda ?Bakı? ? ?Qəbələ? matçının 30-cu dəqiqəsində paytaxt klubunun futbolçusu Xalidu Sissoko rəqibə qarşı qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klub isə 2 min manat, matçın 89-cu dəqiqəsində ?Qəbələ? klubunun futbolçusu Milan Antiç rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 6 oyunluq cəzalandırılıb, klub isə 5 min manat, oyunun 90+2-ci dəqiqəsində ?Qəbələ? klubunun futbolçusu Lyuba Baranin rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır, klub isə 2 min manat cərimə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11