Türkiyə Superliqasında 9-cu turda "Beşiktaş" öz meydanında son saniyədə məğlubiyyətdən xilas olub.
Mia.az xəbər verir ki, çempion "Beşiktaş” öz meydanında "Başakşəhər”i qəbul edib. Oyunun 89-cu dəqiqəsində rəqib Kərim Frayın qolu ilə önə çıxıb.
Artıq oyunun bu hesabla başa çatacağı gözlənilsə də, Toşiç əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə bərabərlik topunu vurub - 1:1.