Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ” - "Atletiko" (Madrid) oyunu bərabər hesabla başa çatıb.
Mia.az xəbər verir ki, oyunun 75-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlov ikinci sarı kartla meydandan qovulub. Ancaq buna baxmayaraq, ikinci hissədə üstün oynayan və bir neçə real qol epizodundan yararlana bilməyən komandamız hesabda tarazılığı qoruya bilib - 0:0.
